Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, Hollivud ulduzu Stiven Siqal də savaşla bağlı açıqlama verib.
OLAY yazır ki, o, həm Ukrayna, həm də Rusiya tərəfini öz ailəsi kimi sevdiyini söyləyib.
“Çoxumuzun Ukraynada ailə üzvlərimiz və sevdiyimizi dostlarımız var. Hər iki tərəfi də ailəm kimi sevirəm. İki ölkənin bir-birinə düşmən olmasının arxasında başqaları tərəfindən ödənilən pullar və bunun sayəsində hazırlanan təxribatlar var. Dua edirəm ki, iki ölkə də sülh içində yaşayıb, inkişaf etsin. Sülh üçün bu problemin həllini tapsınlar ”.
Bu paylaşımdan sonra Steven Rusiyanın Ukrayna apardığı hərbi əməliyyatları qınamadığı üçün tənqid olunub.