Olay
Olay

Zaur evləndiyini etiraf etdi

Zaur evləndiyini etiraf etdi

Tanınmış aktyor Zaur Şəfiyevin ötən il aktrisa Dəniz Tacəddinlə gizli nikah bağlaması barədə xəbər vermişdik.

OLAY yazır ki, sənətçi yayılan informasiyanı paylaşımı ilə təsdiq edib. O, dondurduğu sosial media hesabını aktiv edərək ötən il fevralın 7-də Dənizlə evləndiyini bildirib.

Qeyd edək ki, cütlüyün nikahı ailə arasında olub. Onlar evləndiklərini bir il gizlədiblər.

Onu da bildirək ki, Zaur Şəfiyev bir sıra film və seriallarda rol alıb. Dəniz Tacəddin isə aktrisalıqla yanaşı, televiziyada da çalışır. 27 yaşlı aktrisa “İTV səhər” proqramının aparıcısıdır.