Olay
Olay

“Bunun üçün Allahdan möhlət istəyirəm”

“Bunun üçün Allahdan möhlət istəyirəm”

Aparıcı Lalə Azərtaş kiçik qızı ilə bağlı paylaşım edib. 

OLAY yazır ki, Lalə övladının körpəlikdə çəkilən şəklini paylaşaraq bunları yazıb:

“Düz 16 il öncə bu gün. İkinci övladımın dünyaya gəldiyi gün. Həkimlərdən xahiş etdim ki, qızım ilk gecəsini yanımda qalsın. Açığı gözümdən kənara buraxmaq istəmirdim. O vaxtdan 16 ildir ən sevdiyim məqam onun şirin yuxuya dalışı və ərköyün oyanışıdır. Elə həyatda da şirinim və ərköyünümdür. Elə də olacaq həmişə. Və bunun üçün Allahdan möhlət, icazə və razılıq istəyirəm. Savadlı, gələcəkdə ailəsi ilə yanaşı, dövlətinə faydalı övlad kimi yetişdirməkdə davam edəcəyəm. Mənim həyatımda iki Solmazım var. O mənim anamın adını daşıyan gözəlimdir. Hər ikisi həmişə mənimlə olsun, uca Allahım. Allahdan hər zaman istəyim - valideynlərimi və övladlarımı mənə çox görməsin. İçi özüm qarışıq hamınıza sağlam və xoşbəxt balalarınızın xoş gününü arzu edirəm. Bu arada xəstəxanada bizi ana-bala şirin yuxudaykən çəkib, xəstəxana çıxışı bu fotonu mənə hədiyyə edən xanıma bir daha təşəkkür edirəm. Bu, mənim və qızımın ən sevdiyi fotodur”.