“Fevralın 24-ü axşam uşaqlarımla birlikdə Kiyevdən çıxdım. Rusiyadan gələn işğalçıların Ukraynaya hücumundan 5 gün keçir. 24-də gecə uşaqlarla birlikdə Kiyevdən çıxdıq. Demək olar ki, 4 gün maşında düzgün yemək yemədən keçirdik. 4 saata təxminən 2 kilometr irəliləyə bildik”.
OLAY yazır ki, bu sözləri Ruminıyaya sığınan Ukraynanın Avroviziya qalibi Jamala deyib. O, açıqlama yayaraq 4 gün maşında qaldığını, terror səbəbindən evini qoyub getdiyini bildirib:
“Bəli, milyonlarla qadın və uşaq hər şeyi, evlərini tərk edir. Arvadlarını arxada qoyub, uşaqlarını güllələrdən qorumaq üçün qaçır. Ukrayna böyük, gözəl və müstəqildir. Ən əsası mən bu qanlı terroru anlamıram. Bu, tam olaraq terrordur. Bu terror məni Kiyevdəki evimdən qovdu. Bəs siz nə edəcəksiniz? Orada yaşayacaqsan? Ölkəyə girəndə “Buranı burada xilas etdik” deyəcəksən? Xeyr, mən belə düşünmürəm”.