Xalq artisti Faiq Ağayev Xəzər TV-də yayımlanan “Şourum” verilişində küsülü olduğu həmkarı, Xalq artisti Tünzalə Ağayeva haqda danışıb.
OLAY yazır ki, veriliş zamanı sənətçinin mahnısı səsləndirilib. F.Ağayev isə Ağayevanı həm tərifləyib, həm də ondan öncə səhnəyə gəldiyinə eyham vurub:
“Hamı gözümün qabağında səhnəyə gəlib. Təbii ki, hərəsi səhnəyə çıxanda oxumaq tərzləri, səsi yadımda qalıb. “Bakı Payızı”nda münsif idim, o da gözümün qabağında səhnəyə gəlib. Tünzalə çox yaxşı, maraqlı, özünəməxsus müğənnidir. Səhnəyə hər keyfiyyətli musiqi ifa edən adam gələndə peşəkarlar sevinər. Hətta mənim repertuarımda Tünzalə Ağayevanın mahnısı var”.
Qeyd edək ki, sənətçilər uzun illər öncə “Səs Azərbaycan” layihəsinin AzTV-də yayımlanan bölümlərində münsif olmuş, yarışmadan sonra aralarından problem yaranmışdı.