Olay
Olay

Samirin köçmək arzusu reallaşmadı

Samirin köçmək arzusu reallaşmadı

Ailəsi ilə birlikdə Bodruma köçən müğənni Samir Piriyev Azərbaycana qayıdıb.  

OLAY yazır ki, sənətçi qısa müddət əvvəl xanımı Anara və övladları ilə birgə Bakıya gəlib.  

Əldə etdiyimiz məlumata görə, cütlük övladlarının məktəbi ilə əlaqədar paytaxta qayıtmaq məcburiyyətində qalıb. Buna onların təhsilində yaranan problem səbəb olub.

Qeyd edək ki, Samir 2014-cü ildə Bodrumdan üçotaqlı ev alıb. O bu ilin mayında Türkiyəyə köçdüyünü açıqlamış, 8 aydır orada yaşadığını bildirmişdi.