Türkiyənin məşhur sənətçisi Volkan Konak vəfat edib.
OLAY yazır ki, Şimali Kiprdə konsert zamanı infarkt keçirən sənətçi bütün müdaxilələrə rəğmən dünyasını dəyişib.
Qeyd edək ki, Volkan Konak Türkiyədə özünəxas üslubu ilə tanınırdı. 58 yaşlı sənətçi “Cerrahpaşa”, “Mimoza çiçeğim”, “Yarim yarim” kimi əsərlərlə öz möhürünü vurub.