WOW
WOW

İmamoğlu Volkan Konakın ölümü ilə bağlı açıqlama yaydı

İmamoğlu Volkan Konakın ölümü ilə bağlı açıqlama yaydı

İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlu yaxın dostu, müğənni Volkan Konakın  ölümü ilə bağlı açıqlama yayıb. 

OLAY yazır ki, həbsdə olan İmamoğlunun kədərli sözləri rəsmi səhifələrində paylaşılıb:

“Bu acı xəbəri həbsxanada eşitmək daha da kədərlidir. Sən hər zaman dik dayandın, sözünü əsirgəmədin, səsini heç kəsmədin. Dostum Volkan Konakı itirməyin dərin kədərini yaşayıram, ona Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə başsağlığı diləyirəm. Gülə-gülə, can dostum”.

Qeyd edək ki, Volkan Konak ötən gün səhnədə infarkt keçirdərək dünyasını dəyişib.