Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün vəfat edən Xalq artisti Əlibaba Məmmədovla bağlı paylaşım edib.
OLAY yazır ki, Birinci xanımın rəsmi instaqram hesabında bu sözlər qeyd edilib:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.