Olay
Olay

Xocalını anladan Sevincə rekord baxış

Xocalını anladan Sevincə rekord baxış

Xocalı faciəsinə həsr olunan "Sevinj Stories" layihəsinin son videosu İnstaqramda rekord baxış sayı toplayıb.

OLAY yazır ki, video 11 saatda 750 mindən çox baxılıb. Paylaşıma 3 minə yaxın rəy yazılıb.

Qeyd edək ki, layihənin rəhbəri aktyor Əlixan Rəcəbovdur. "Sevinj Stories"də baş rolu Nəzakət Heydərova canlandırıb. O, bundan öncə “Zəhər tuluğu” filmində oynamışdı.

Onu da bildirək ki, ekran işinin orijinal versiyası “Eva Stories” isə Holokost faciəsinə həsr edilmişdi.