Türkiyənin məşhur aktrisası Songül Öden sosial şəbəkələrdə ukraynalı qadınlar barədə paylaşım edən şəxsləri tənqid edib.
OLAY yazır ki, serial və kino ulduzu tvit ataraq “ukraynalı qadın qaçqınları qəbul etməyə hazırıq” yazan türk bəyləri qınayıb:
“Siz “ukraynalı xanım qaçqınları qəbul edək” zarafatlarınızı götürüb sosial şəbəkələrdən rədd olun. Zarafat anlayışınız iyrəncdir. Qadınları rahat buraxın. Müharibənin ən həssas qruplarından olan qadınların bədənini gündəmə gətirdiyinizə görə utanırıq”.