Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov vəfat edib.
OLAY yazır ki, o, 59 yaşında koronavirusdan dünyasını dəyişib.
Tanınmış sənətçi bir müddətdir Türkiyənin Alanya şəhərində müalicə olunurdu.
Qeyd edək ki, o, 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olan soydaşımızın taleyində Ukraynanın Xarkov şəhəri xüsusi yer tutub. Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirən S.Qurbanov sonradan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti və Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir.
2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.