Olay
Olay

“Pənah Hüseyn durub üzərimə şığıdı”

“Pənah Hüseyn durub üzərimə şığıdı”

“2010-cu ildə ANS-də yeni ictimai-siyasi tok-şouya başlayırdıq, “Açıq söhbət”. Müəllifi və aparıcısı mən idim. İlk verlişin mövzusu isə “Milli Məclisdə gerçək müxalifət varmı?”. Qonaqlar Fazil Mustafa və İqbal Ağazadə olmalı idi. İqbal Ağazadə (Milli Məclisin eks-üzvü) sonradan gəlmədi, işi çıxmışdı. Yerinə Pənah Hüseyni (keçmiş deputat) dəvət etdik”. 

OLAY yazır ki, bu sözləri aparıcı Turan İbrahimov feysbuk sosial şəbəkəsində qeyd edib.  O, Milli Məclisin keçmiş deputatı Pənah Hüseyn tərəfindən hücuma məruz qaldığını iddia edib:

“Çəkilişə başladıq, sualları ünvanladım, arada replikalar atırdım ki, Pənah Hüseyn coşdu, məni tərəf tutmaqda günahlandırdı, durub üzərimə “şığıdı”. Çəkiliş dayandı…

Vahid Mustafayevə (ANS-in keçmiş rəhbəri- red)  də bir bəhanə lazım imiş. Pənah Hüseyn yalan oldu, o başladı oynamağa. 

Verlişin aparıcısı oldu məlum Sevinc Osmanqızı.

Pənah Hüseyni o vaxtdan bəridi bir başqa cür tanıyıram”.