Olay
Olay

Alsu Bakıya gəldi - Fotolar

Alsu Bakıya gəldi - Fotolar

Rusiyanın məşhur estrada ulduzu Alsu Bakıya gəlib.

OLAY yazır ki, sənətçi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəndən dərhal sonra media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıb.

Alsu sabah Bakı Konqres Mərkəzində verəcəyi konsert və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Ulduz musiqi gecədə sürprizlərin olacağını həmçinin həmkarı və dostu Xalq artisti Emin Ağalarovla duetlər ifa edəcəyini dilə gətirib.

Rəşad Əliyev