Ötən günlərdə toyu olan sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun ailə qurduğu xanımın kimliyi məlum olub.
OLAY-ın əldə etdiyi məlumata görə, A. Məmmədov müdafiə nazirinin müavini, general-polkovnik Kərəm Mustafayevin kiçik qızı Pərvinlə ailə qurub.
Bundan əlavə, toy barədə bəzi detallar da ortaya çıxıb. Belə ki, toy üçün seçilən gəlinlik xarici ölkələrin birindən gətirilib. Libasın qiyməti 20 min manatdan çox olub. Özəl günündə gəlinin makiyajı Anar Ağakişiyevə həvalə edilib.
Qeyd edək ki, dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak etmişdi. Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə almışdı. Tədbirin aparıcısı isə Leyla Quliyeva olmuşdu.
Onu da bildirək ki, toyu olan Arzuman Məmmədov Nəriman Məmmədovun oğludur. N.Məmmədov 2016-cı ildə dünyasını dəyişib. Gəlinin atası Kərəm Mustafayev isə Müdafiə nazirinin müavini olmaqla yanaşı, eyni zamanda Əlahiddə Ümumqoşun Ordu Komandanıdır. Onun Pərvindən başqa 1 oğlu və 1 qızı var.