Olay
Olay

“Deyirlər, kürəkəndən oğul, gəlindən qız olmaz”

“Deyirlər,  kürəkəndən oğul,  gəlindən qız olmaz”

Müğənni Nadir Qafarzadə “Zaurla Günaydın” proqramına qonaq olub.

OLAY yazır ki, o, verilişdə oğlu və gəlinindən danışıb. Nadir deyib ki, ötən günlərdə öz ad günündən onlarla birgə foto paylaşıb:

“Şəkillərini paylaşmışdım. Mənim ad günümdə çəkilmişdi. Hərdən deyirlər, kürəkəndən oğul, gəlindən qız olmaz. Bu fikirlə razılaşmıram. Özü, tərbiyəsi, əxlaqı düz olan kürəkən oğul, gəlin qız olur. Oğlum foto çəkiləndə deyir ki, paylaşmayacaqsan ki? Dedim, yox. Söyləyir ki, çox ictimailəşmək istəmirik”.

Qeyd edək ki, Nadirin oğlu Loğman ötən ilin dekabrında Əntiqə adlı xanımla evlənib.