Olay
Olay

Günel Tatlısesin verilişinə 26 minlik paltar geyindi

Günel Tatlısesin verilişinə 26 minlik paltar geyindi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri qızı) növbəti dəfə bahalı geyimi ilə gündəm olub.

OLAY yazır ki, İbrahim Tatlısesin “İbo show" verilişinə qonaq olan Günelin paltarı çox bəyənilib. Əksəriyyət geyimin brendi və qiyməti ilə maraqlanıb.

Sözügedən paltarla bağlı məlumat “Kim_hardan_geyinir” instaqram səhifəsində yer alıb. Bildirilib ki, Günelin ağ libası “Sagaza” brendindəndir, qiyməti 26 min türk lirəsi, yəni 3260 manatdır.