WOW
WOW

Günel Tatlısesin toyuna 1400 manatlıq ayaqqabı geyindi

Günel Tatlısesin toyuna 1400 manatlıq ayaqqabı geyindi

Xəbər verdiyimiz kimi, ötən həftə Türkiyə musiqi imperatoru İbrahim Tatlısesin oğlu İdo və Yasemin Şefkatlinin toyu olub.  

OLAY yazır ki, dəbdəbəli məclisə qatılan məşhur simaların geyimləri də toy kimi müzakirə olunub. 

Gecənin əsas qonaqlarından olan müğənni Günel Zeynalovanın libası da diqqət çəkib.  

“Kim haradan geyinir” səhifəsinin məlumatına əsasən, Zeynalova özəl gün üçün Raisa Vanessa brendinə müraciət edib.  İşləməli don trendyol üçün hazırlanan kolleksiyaya aiddir. 

Günelin qızılı ayaqqabıları isə “Giuseppe Zanotti” markasına məxsusdur və qiyməti 1462 manat təşkil edir.