Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “365 day” filminin ulduzu Mikelle Morrone ilə bir araya gəlib.
OLAY yazır ki, Coni italyan aktyorun, həmçinin amerikalı müğənni və prodüser Zeçeri Uilyamın (Twofeet) yer aldığı fotonu izləyiciləri ilə bölüşüb və “Bizi izləməyə davam edin” şərhini yazıb.
Aktyor isə Coni ilə fotosunu onun mahnısı ilə “story”də paylaşıb və “Burada nələr baş verir?”, - deyə, bildirib.
İzləyiciləri Coni ilə Mikellenin hansısa layihə üçün görüşdüyünü ehtimal edib.