Son zamanlar aktrisa kimi fəaliyyət göstərən Kəmalə Piriyeva yenidən aparıcılığa qayıdır.
OLAY yazır ki, o, bu barədə “Özəl” proqramında qonaq olarkən danışıb. Kəmalə uzun müddətdən sonra aparıcı kimi ekrana gələcəyini söyləyib:
“Düzdür, hava proqnozlarını təqdim edirəm, lakin bu aparıcılıq sayılmır. Növbəti mövsümdə yeni layihə ilə gələcəyik. Əminəm ki, tamaşaçılar bəyənəcəklər, çünki çoxdan arzuldadıqları aparıcı Kəmalə kimi qayıdıram.
Təbii ki, “Azad Azərbaycan” telekanalında, həm də digər TV-lərdə rol aldığım seriallar yayımlanacaq. Anonslarını da paylaşmışam. Məsələn, “Xosrov və Şirin” serialında “Şirin” obrazını canlandırmışam. Bununla yanaşı, ATV-də “Bir kişi, bir qadın” serialına davam edirik”.