İncəsənət
İncəsənət

Xalq artisti nazirliyə müraciət etdi

Xalq artisti nazirliyə müraciət etdi

Xalq artisti Tünzalə Ağayeva Təhsil Nazirliyinə müraciət edib.  

OLAY yazır ki, bu barədə müğənni “Fatehin Divanı” proqramına qonaq olarkən deyib.  Sənətçi qeyd edib ki, müraciət müasir musiqi sahəsində boşluqların aradan qaldırılması barədə olub. 

Tünzalə Bakı Musiqi Akademiyasının bu işlə məşğul olmadığını, nazirliyin dəstəyi ilə yeni universitetlər yaradılması istiqamətində təklif irəli sürdüyünü söyləyib:

“Avropa musiqisini oxumaq müasirlik sayırlar. Qətiyyən belə deyil. Təbliğat olmalıdır, müasir musiqi məktəbi açılmalıdır.  

Təhsil Nazirliyinə müracitə etmişəm. Gözəl qarşılayıblar. Cəmiyyətdə peşələrin inkişafına toxunacağıq. Gözəl əl qabiliyyəti olan şəxsə imkan verin peşəsi ilə məşğul olsun. 

Bakı Musiqi Akademiyası (Milli Musiqi Akademiyası) bu işi görmür. Bizim irsimiz, böyük folklorumuz var. Bunlar böyük məktəb, universitetlər olmalıdır. Sahələr şaxələnir, üç korpus muğama, cəmi biri yeni ifaçılıq tərzi ilə məşğul olar. Dövlət bunu etməyə məcbur deyil. Lakin mədəniyyətimizə dəstək olan iş adamlarımız var.  

Həyatımızın bizə öyrətdiklərimizi universitetlərdə eşitmədik, görmədik”.