Olay
Olay

“Got Talent” layihəsi artıq Azərbaycanda...

“Got Talent” layihəsi artıq Azərbaycanda...

"Xəzər" televiziyası dünyanın ən maraqlı televiziya layihəsinin rəsmi tərəfdaşı olub.

Olay.az xəbər verir ki, "Xəzər" televiziyası beynəlxalq layihə ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayaraq Mərkəzi Asiyanın əsrarəngiz istedadlarını üzə çıxaran “Talant – Mərkəzi Asiya”nı ekranlarına gətirib.

Milyonlarla insanın böyük maraqla izlədiyi layihənin ilk buraxılışı sentyabrın 18-də Xəzər televiziyasında yayımlanacaq.

Layihənin sonrakı mərhələsində isə azərbaycanlı iştirakçıların seçimi nəzərdə tutulub. Azərbaycan üzrə seçimlər rəsmi tərəfdaş qismində "Xəzər" TV vasitəsilə baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyanın “Got Talent” layihəsi “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən uğurlu televiziya formatı kimi qeyd olunub.

Milyonlarla izləyicisi olan şounun Mərkəzi Asiya qolu “Talant – Mərkəzi Asiya” adlanır. Layihənin seçim mərhələləri Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək.