Olay
Olay

Hadise linçlə qayıtdı…

Hadise linçlə qayıtdı…

İllər sonra “O ses Türkiye”yə qayıdan müğənni Hadise linç olunur.

OLAY yazır ki, buna səbəb onun ailə üzvləri tərəfindən qətl edilən Narinə ithafən “Sıfır tolerans” mahnısını oxuması olub.

İstifadəçilər bu mahnının Narinlə əlaqəsi olmadığını yazaraq onu tənqid edib.

Bundan əlavə, sənətçinin ulduz iştirakçılarla dialoqları da müzakirə yaradıb.

Məsələn, onun “Prens”in ulduzu Giray Altınoka “Məni seçsən, “Prens”in bir bölümündən yer alacağam” təklifi də tənqidsiz ötüşməyib. İzləyicilər layihənin Hadiseyə ehtiyacı olmadığını və bunun güzəşt sayılmadığını yazaraq müğənniyə irad bildirib.

Digər bir tərəfdən ifaçının “Kızılcık Şerbeti”nin ulduzu Doğukan Güngörün performansına açıq şəkildə “Pis” deməsi düzgün qarşılanmayıb.

Həmçinin, onun müğənni Aleyna Tilki ilə danışmaması və aktrisa Aslıhan Doğana mimikası da linçlərə səbəb olub.