Olay
Olay

Günel türk sənətçiləri paylaşım etmədikləri üçün qınadı

Günel türk sənətçiləri paylaşım etmədikləri üçün qınadı

Müğənni Günel Zeynalova bəzi türk həmkarlarına irad bildirib.

OLAY yazır ki, o, baş verən hadisə ilə bağlı dəstək paylaşımları etmədikləri üçün onları qınayıb.

Belə ki,  “Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun” sözləri qeyd olunan yazını paylaşan Günel ona dəstək bildirib:  

“Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?”.