2026-cı ildə beynəlxalq musiqi festivalı DREAM FEST Xəzər dənizinin sahilində Sea Breeze ərazisində 23–26 iyul tarixləri arasında keçiriləcək.
OLAY yazır ki, bu gün qarşıdan gələn tədbirin təşkilatçısı, iş adamı və musiqiçi Emin Ağalarov sosial şəbəkə Instagram səhifəsində DREAM FEST 2026-nın ulduz iştirakçılarının adlarını açıqlayıb. Açıqlanan siyahıda həm artıq proqramda yer alan ifaçılar, həm də yeni adlar var – məsələn, amerikalı rep ifaçısı, prodüser və aktyor Busta Rhymes.
Festivalın dörd günü ərzində aşağıdakı sənətçilər çıxış edəcəklər: Ty Dolla $ign, John Newman, Edis, Cheb Khaled, Jah Khalib, Aygün Kazımova, Faiq Ağayev, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Jony.
Tədbirin anonsunda E. Ağalarov tamaşaçılara möhtəşəm festival vəd edir və vurğulayır ki, burada “hamının gözlədiyi ifaçı – Busta Rhymes” də iştirak edəcək.