Türkiyənin məşhur sosial media fenomeni Ogün Alibaş “Ata ocağı” serialında Reyhan obrazını canlandıran gənc aktrisa Natavan Abbaslı ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, Ogün illər əvvəl Natavanın sosial şəbəkə seqmentində “viral” olan xəbərləri oxuyarkən bir şəxsin kadrarxasında hərəkətləri ilə onu güldürməsi videosunu 806 minlik instaqram səhifəsində yayımlayıb.
Sözügedən görüntülərə isə Alibaş özünü montaj edib. Beləcə videoda Natavanı güldürən əcaib üz effekti ilə Ogün olub.
Videoya minlərlə bəyənmə və yüzlərlə şərh gəlib.