Olay
Olay

Nura ərindən qalan 4 evi satıb

Nura ərindən qalan 4 evi satıb

Müğənni Nura Suri  keçmiş həyat yoldaşı Əlirza Suridən qalan dörd evi satdığını açıqlayıb.  

OLAY yazır ki, sənətçi bu barədə “Söz baz” proqramında qonaq olarkən danışıb. 

İfaçı Bakının mərkəzində olan mənzilləri satdığını qeyd edib:

“Həyat yoldaşımdan qalan 4 evi satmışam. Mənzilin biri 23 nörməli məktəblə üzbəüz olub. Həmin binanın üçüncü mərtəbəsinin hamısı mənim idi. Oğlum dünyaya gələndə onun üçün almışdıq. Daha sonra Amerika səfirliyi ilə üzbəüz də evim var idi. Keçmiş həyat yoldaşım çox imkanlı biridir. Uşaqlarımın babası dünyaca tanınmış bir insandır”.