Pop ulduz Edis Bakı Konqres Mərkəzində baş tutan konsertindən öncə yerli medianın suallarını cavablandırıb.
OLAY-ın məlumatına görə, Bakıya olan sevgisindən danışan Edis burada özünü yaxşı hiss etdiyini və rahat olduğunu deyib.
O, iki il əvvəl “Bakı necə gözəl şəhərdir. Dedik, bəlkə burada yaşayaq, ev alaq” açıqlamasını yada salan jurnalistlərə cavab verib.
“Hələ ev almamışam. Tövsiyə verin”, - deyə, pop ulduz vurğulayıb.