Olay
Olay

Xatirə də Kazıma cavab verdi

Xatirə də Kazıma cavab verdi

Müğənni Xatirə İslam aparıcı Kazım Sübhanın efir üçün qonorar istəyən məşhurlar sırasında onun adının hallandırmasına reaksiya verib.  

OLAY yazır ki, X. İslam instaqramda post paylaşaraq radio aparıcısının tənqidi çıxışına cavab verib. Xatirə qeyd edib ki, əvvələr kanallara pul xərcləyib, indi isə onlardan qonorar tələb edir:

“Kazım, bu nə sözlərdir danışmısan? Deyirsən ki, vaxtında televiziyalar vasitəsi ilə tanınan sənətçilər bu gün efirə havayı gəlməlidir. Kazım, sən də televiziya vasitəsilə tanınmısan. Özü də bizdən fərqli olaraq pul xərcləmədən. Bu gün televiziyadan pul, maaş almırsan? Çəkini bilmirəm, amma 55 kiloqramdan ağır olmazsan. Sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonorar alım.

Vaxt olub anamın üzüyünü satıb bir verilişə vermişəm, eləcə də hamı. Xalqı aldatmayın, kim səhnəyə yeni çıxırsa o yolu keçməlidir, pulu ödəməlidir. Kiminsə qara qaşına, gözünə görə televiziya onu tanıtmır. Dədəmə borcu var mənim? Mənim istedadım olmasaydı, tanıtmazdılar. İndiki vaxta ağlın getməsin. Biz efirə çıxmırıq, kimi gəldi çıxardırsınız. O vaxt başqa cür idi, sanbal məsələləri…

Qaldı ki, bu işin rəsmi olmasına... El bir olsa, dağ oynadar yerindən. Rəsmi də olacaq. Bir neçə nəfər də bu addımı atsın, bax gör, rəsmi olur, ya yox. Bir neçə adama söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəm. Öz işimdir, kimdən qonorar istəyirəm, istəmirəm özüm bilərəm. Bunun yolu budur, belə olacaq.

Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib, bunu bilə-bilə deyirsən ki, vaxtında qarşılıqlı reytinq qazanmısınız. Vaxtında müğənni pulu ödəyib efirə çıxırdı, sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər o şey? Pul ödəyənə güldən ağır söz demək olar? Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu”.