Müğənnilər Xatirə İslam və Natavan Həbibidən sonra reper Elşad Xose də efirlərdən qonorar istəyib.
OLAY yazır ki, bu barədə aparıcı Kazım Sübhan məlumat yayıb. O instaqramda video paylaşaraq bildirib ki, Elşadı öz verilişinə dəvət edib:
“Mənə dedi ki, sənə hörmətim var, amma artıq proqramlara qonorarla çıxacam. Bu üçüncü ifaçıdır ki, belə bir təklif irəli sürür. Xatirə İslam, Natavan Həbibi və Elşad Xose. Hər kəsin fikrinə, qərarlarına hörmətim var. Amma bunu xarici ölkələrdə görüb icra etmək istəyirlər. Bunu da anladım. Lakin bu belə olmur, rəsmi şəkildə edilən bir işdir. Bu günə qədər sənət yolunda elə uğurlar oldu ki, bunu televiziya vasitəsilə etdiniz. İndi isə elə bir məqama çatdınız ki, telekanallardan qonorar istəyirsiniz. Axı vaxtında hər şey qarşılıqlı olub. Telekanallar sizdən, siz də onlardan reytinq qazanmısnız. İndi belə etmək düzgün deyil. Ya da sıfırdan gələndə belə etməli idiniz”.