Olay
Olay

“Şirin yuxular, qardaşım...” – “One Direction”ın vidası

“Şirin yuxular, qardaşım...” – “One Direction”ın vidası

“One Direction” qrupunun keçmiş üzvləri faciəvi şəkildə həyatını itirən Liam Peynin ölümündən yazıb.

OLAY yazır ki, onlar sosial şəbəkə hesablarında dostlarının itirməyin ağrısından yazıblar.

Zeyn Malik Liamla fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Liam, özümü səninlə ucadan danışanda tapdım. Ümid edirəm ki, məni eşidirsən. Eqoistlik etmək istəmirəm, həyatımızda daha çox danışacağımız zamanların olmadığını düşündü. Mənə həyatımın ən çətin vaxtlarında dəstək olduğun üçün sənə heç təşəkkür edə bilmədim. 17 yaşında bir uşaq kimi evim üçün darıxanda, hər zaman pozitiv baxışınla, güvən verən təbəssümünlə yanımda olub, mənə dostum olduğunu, sevildiyimi hiss etdirdin. Məndən balaca olmağına baxmayaraq, hər zaman məndən daha ağıllı, inadlar, fikirlərini açıq-açıq dilə gətirən və insanlara səhv olduqlarını söyləməkdən çəkinməyən insan idi. Bəzən buna görə, mübahisələrimiz çıxsa da, hər zaman sənə gizli-gizli hörmət edirdim. Musiqiyə gəlincə, Liam. Hər mənada təcrübəli sən idin. Mən heç nə bilməyən, təcrübəsiz bir uşaq idim, sən isə çox peşəkarıydın. Səhnədə nə olursa olsun, növbəti addımda “gəmi”ni hansı tərəfə çevirəcəyimizi bilmək üçün həmişə sənə güvənə biləcəyimizi bilmək məni xoşbəxt edirdi. Sən bizi tərk edəndə bir qardaşımı itirdim. Səni bir dəfə qucaqlamaq, normal vidalaşa bilmək, səni sevdiyimi və sənə dərindən hörmət etdiyimi söyləmək üçün nələr verməzdim... Səninlə bütün xatirələrimizi ürəyimdə saxlayacağam. İndi necə hiss etdiyimizi izah edə biləcək bir kəlmə yoxdur. Tamamilə paramparça olmuşam. Ümid edirəm indi olduğun yerdə yaxşısan, rahatsan və nə qədər sevildiyini bilirsən... Səni sevirəm, qardaşım”.

Luis Tomlinson isə bu açıqlamanı yayıb: 

“Bunu yazdığım üçün “yıxılmışam”. Amma bir qardaşımı itirdim. Liam, hər gün örnək aldığım bir insanıydı. Pozitiv, gülməli və kübar bir ruh idi. Liamla ilk dəfə mənim 16, onun 18 yaşı olanda tanış olmuşduq. Səsinə həmin an heyran qaldım. Amma daha da vacibi vaxt keçdikcə həyatım boyunda həsrətində olduğum qardaşımı görmə fürsəti tapdım. Liam, möhtəşəm melodiya anlayışı olan inanılmaz bir mahnı yazarıydı. Tez-tez studiyaya qayıtmaqdan və qrupda yaranan yazı mexanizmini yenidən yaratmaqdan bəhs edirdik. Liam “One Direction”ın ən önəmli parçasıydı. Kiçik yaşlarından bəri təcrübəsi, mükəmməl səsi, səhnədə varlığı, mahnı yazma qabiliyyəti var idi. Siyahı uzanır. Bizi formalaşdırdığın üçün təşəkkürlər, Liam. Əgər eşidirsənsə, sənə mesajım var. Həyatımda olduğun üçün özümü şanslı hiss edirəm. Amma vidalaşma fikri ilə mübarizə aparıram. Qrup dağıldıqdan sonra da dostluğumuz davam etdiyi üçün xoşbəxtəm, saatlarla telefonda danışdığımız xoşbəxtəm. Minlərlə xoş xatirəmizi xoş xatirəmizi yada salmaq səninlə ömürlük sahib olduğumu düşündüyüm bir lüksdür.  Yenidən səninlə səhnə paylaşmaq istəyirdim. Amma olmadı. Bbilməyinizi istəyirəm ki, əgər Bearın mənə ehtiyacı olarsa, həyatında bir əmi kimi olacağam. Ona atasının necə möhtəşəm insan olduğu ilə bağlı hekayələr danışacağam. Kaş “xudahafiz” demək və səni çox sevdiyimi bir daha söyləmək şansım olardı. Şirin yuxular, dostum, qardaşım!”.

Herri Stayles də instaqramda Liamın vəfatı ilə bağlı kədərini paylaşıb:

“Liamın vəfatı ilə “yıxıldım”. Ən böyük sevinci başqalarını xoşbəxt etmək idi və bunu edərkən onun yanında olmaq mənim üçün qürur idi. Liam sonuna qədər açıq yaşadı. Yoluxdurucu bir həyat enerjisi var idi. İstiqanlı, dəstəkləyici və sevgi dolu idi. Birgə keçən illərimiz sonsuza qədər ən sevimli illərimdən olacaq. Bunu həmişə deyəcəyəm, əziz dostum. Ürəyim Karen, Qiof, Nikola, Rus, oğlu Bear və dünya miqyasında onu tanıyan və mənim kimi sevən hər kəs üçün parçalanır”.

Bununla yanaşı, bütün qrup üzvləri Zeyn, Herri, Luis, və Niell Horan birgə açıqlama yayıb:

“Liamın vəfat xəbəri ilə məhv olmuşuq. Zamanla bunu söyləyəcəyik. İndi çox sevdiyimiz qardaşımızın itksinin acısını yaşamaq üçün vaxt ayıracağıq. Onunla bölüşdüyümüz xatirələr sonsuza qədər qalacaq. İndi ailəsini, dostlarını və onun pərəstişkarlarını düşünürük. Onun üçün çox darıxacağıq. Səni sevirik, Liam”.