Aktrisa Ülviyyə Xəlilbəyova “Yalı çapkını” serialında Seyran adlı baş rolu canlandıran Afra Saraçoğlu haqqında dediyi sözlərə görə sosial şəbəkədə tənqidlə üzləşib.
OLAY yazır ki, sözügedən ekran işində epizodik rolu canlandıran Ülviyyə Afra haqqında səsləndirdiyi kəlmələrə aydınlıq gətirib.
Aktrisa bildirib ki, onun “Xəbərin var?” maqazin verilişində çıxışı təhrif olunub:
“Bəzi xəbər səhifələrində şərhləri oxudum və çox güldüm. Həqiqətən də mən orada “Afra məni qısqanır” deyə, bir söz işlətməmişəm. Bu haqda bir kəlmə də deməmişəm. Biz verilişdə başqa mövzudan danışırdıq. Şərhlərdəki fikirlər məni məndən aldı. Nə deyim, bilmirəm. Allah hər kəsin ürəyincə versin. Susuram" deyə, o, bildirib.
Qeyd edək ki, Ülviyyə verilişdə ekran işi ilə bağlı ona ünvanlanan suala “Bu haqda danışmaq istəmirəm. Hər şey göründüyü kimi deyil. Buradan sevə - sevə izlədiklərimi orada gedib görəndən sonra dedim ki, bunlar necə fərqlidirlər. Misal üçün Mert Ramazanoğlunu sevmirdim. O mənə eqolu və yekəxana təsiri bağışlamışdı. Afranı isə çox sevirdim. Gedəndən sonra onu gördüm və fikirlərim dəyişdi. Gedəndən sonra gördüm ki, Mert orada “çapkın” deyil, yəni o obrazdakı kimi deyil, çox istiqanlıdır. Afra isə soyuqqanlı və eqoludur. Afra çəkilişlərdə gəlib mənimlə ünsiyyət qurdu. Onun bu hərəkəti kəşfiyyat xarakter daşımırdı. Sadəcə olaraq o mənə eqosunu göstərdi. Amma mən bu haqda geniş danışmaq istəmirəm. Yoxsa onun danışıq tərzini sizə göstərərdim” cavabını verib.