“Survivor All Star” yarışmasında iştirak edən həmyerlimiz Pərviz Abdullayev ( Kobra Pərviz) proqramın növbəti buraxılışında oğlu ilə danışıb.
OLAY yazır ki, kikboks üzrə 6 qat dünya çempionuna və daha bir neçə iştirakçıya ailələri ilə danışma icazəsi verilib.
Övladı ilə telefonda görüşən Pərviz göz yaşlarını saxlaya bilməyib. Abdullayev kövrək anlar yaşayıb.