“Survivor All Star” yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev( Kobra Pərviz) Dominikan adasına yola düşüb.
OLAY yazır ki, idmançının oğlu onu ağlayaraq yola salıb. Pərviz həmin görüntüləri instaqram hesabında paylaşıb. Ata və oğulun bu anları sosial şəbəkə istifadəçilərini kövrəldib.
Qeyd edək ki, həmyerlimiz qaydalara əsasən, oyuna bir neçə həftə sonra daxil olacaq.