Olay
Olay

Daha iki serial reytinq qurbanı oldu

Daha iki serial reytinq qurbanı oldu

Türkiyənin FOX kanalı daha iki serialın final etməsi barədə qərar verib.

OLAY yazır ki, 29 sentyabrda ilk bölümü ilə ekrana gələn “Kanunsuz Topraklar” güclü ssenarisi və iddialı aktyor heyəti ilə diqqət çəkib. 

“Gold Production” imzalı layihə reytinq siyahılarında tez yer almağı bacarsa da, eyni gün tamaşaçı qarşısına çıxan “Kuruluş Osma”n və “Sadakatsız” kimi uğurlu serialları geridə qoya bilməyib. Hədəflənən uğura nail ola bilməyən “Kanunsuz Topraklar” üçün son qərarı FOX TV verib. 

Baş rollarda Uğur Güneş və Esra Bilgiçin yer aldığı layihə böyük bir fanat kütləsi olsa da, reytinqləri ürəkaçan olmayıb, 9 fevral tarixində finala edəcək. 

İyun ayında başlayan və yay serialı olaraq ortaya çıxan “Aşk Mantık İntikam” uzun müddət ekranda qalmağı bacarıb. Lakin Burcu Özberk və İlhan Şenin rol aldığı serial 8 həftə sonra tamaşaçılarla vidalaşacaq.

Qeyd edək ki, FOX 11 serial ilə bu sezona başlasa da, 6-nın final etməsi barədə qərar verib.