Xəstəxanaya yerləşdirilən Əməkdar artist Nigar Qaragözova (Şabanova) səhhəti barədə açıqlama verib.
O, bununla bağlı OLAY-a danışıb. Nigar deyib ki, anidən temperaturu yüksəlib, halı pisləşib:
“Hətta efirə getməliydim, vəziyyətim pisləşdi. Xəstəxanaya yerləşdirildim, indi evdəyəm”.
Xanəndə sosial şəbəkə hesablarını dondurduğunu, müvəqqəti olaraq uzaqlaşdığını da deyib:
“Artıq insanların mənfi şərhlərindən bezmişəm. Birmənalı olmayan rəylər məni yordu. Ona görə də bağlamışam. Haradasa bir ay sonra qayıdacam”.
Qeyd edək ki, N. Şabanovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbəri axsam.az saytı yayıb.