Olay
Olay

“Evdəyəm, xəstəxanada deyiləm”-Ramiz Novruz

“Evdəyəm, xəstəxanada deyiləm”-Ramiz Novruz

Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

OLAY yazır ki, o, APA-ya açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib:

"Ciddi bir şey olsa belə hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."

Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.