Olay
Olay

“Pərvizə görə” ARB-də!

“Pərvizə görə” ARB-də!

ARB TV-də yeni layihə start götürüb.

OLAY yazır ki, “Pərvizə görə” adlanan layihə 29 sentyabrdan 13:00-da start götürəcək. Jurnalist Pərviz Hüseynin podkast proqramı hər bölümündə müxtəlif məşhur sənət adamlarını qonaq edən maraqlı və əyləncəli bir verilişdir.

Hər dəfə sənət, mədəniyyət və şou-biznesin fərqli simalarından birinin yer aldığı bu podkast tamaşaçılara məşhurların şəxsi və peşəkar həyatının bilinməyən tərəflərini daha yaxından tanımaq imkanı verir.

Proqramın hər bölümündə qonaq olan sənətçilər, aktyorlar, müğənnilər və digər sənət dünyasının tanınmış simaları, pərdəarxası hadisələri, karyeralarının maraqlı anlarını və həyatlarına dair maraqlı detalları Pərvizlə bölüşürlər. Tamaşaçılar təkcə şou-biznes aləmindəki ən son yeniliklərdən xəbərdar olmur, həm də sənət adamlarının yaradıcılıq prosesləri, uğurları və yaşadıqları çətinliklər barədə dərin məlumat alırlar.

Verilişin əsas hədəfi məşhurların pərəstişkarları ilə birbaşa və səmimi ünsiyyət qurması, onların gizli qalan tərəflərini dinləyicilərə açmasıdır. Hər bölüm bir-birindən maraqlı hekayələr, xoş söhbətlər və bəzən də gözlənilməz açıqlamalarla yadda qalacaq. “Pərvizə görə” şou-biznes sevənlər üçün əsl zövq mənbəyidir.

Proqramın ilk qonağı isə Əməkdar artist Dilarə Əliyeva olacaq.