“Çox xoşbəxtəm ki, sıfırdan bu pilləyə gəlmişəm. 11 yaşımda gedib başqa yerlərdən nəsə alırdım və gətirib satırdım. Gecə məhəlləyə gələndə uşaqlar məni ələ salırdılar ki, müğənni gəldi”.
OLAY yazır ki, bu sözlər müğənni Zamiq Hüseynov qonaq olduğu “Qapqara” verilişində deyib.
Çətin keçən uşaqlıq dövründən söz açan sənətçi bildirib ki, kiçik yaşlarında çox davakar olub:
“Uşaqlıqda da çox dəcəl olmuşam. Birinci sinifdən 8-ə qədər çox davakar olmuşam. Musiqi ilə məşğul olandan sonra dəyişməyə başladım”.
Zamiq mərhum repçi Anar Nağılbazla görüşməsinin pərdəarxası məqamlarından danışıb:
“Bir gün qaldığım yataqxananın arxa tərəfində maşını saxlamışdım. Rəhmətlik Anar Nağılbaz da oraya yaxın binada qalırdı. Bir gün məni görəndə soruşdu ki, “Sən burada nə edirsən?” Utandım deyim ki, burada yaşayıram. Dedim ki, “Qohumlarım burada qalır, onlara baş çəkməyə gəlmişəm”. Halbuki “Uçduq” mahnısı da, populyarlığım da elə orada yaranmışdı”.