Rusiyanın “Eterna: Birinci hissə” fantastik serialında baş rollardan birini canlandıran azərbaycanlı Anar Xəlilov ən reytinqli proqramlardan biri olan “Veçerniy Urqant”ın qonaq olub.
OLAY yazır ki, yayım zamanı A. Xəlilov sürgündə olan şahzadə Aldo Rakan roluna necə hazırlaşmasından danışıb. Eyni zamanda, A. Xəlilov teatr məktəbində qılıncoynatma üzrə təhsil aldığını, bibisinin rəhbərlik etdiyi sirkdə çalışdığını vurğulayıb: “3 yaşımdan 15 yaşa qədər sirkdə işlədim, əllərimlə yeridim, salto vurmağı öyrəndim”.
Bundan sonra o, aparıcı İvan Urqantın stolu üzərində əlləri üstə dayanaraq bacarığını nümayiş etdirib. Həmçinin, efirdə Anarın xanım fanatlarından biri ona büstqalterini atıb. Urqant veriliş tarixində ilk dəfə belə bir halın baş verdiyini vurğulayıb.