Aktyor və rejissor Əlixan Rəcəbov yeni film hazırlığında olduğunu açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşm edib:
“Film çəkmək üçün mən də hamı kimi digər filmlərdən, kitablardan və musiqilərdən bəhrələnirəm. Bəzən də narahat edən problemlər məni film çəkməyə məcbur edir. Məni hazırda narahat edən problem isə erkən nikahdır. Necə olur ki bir cəmiyyətdən dünyanın ən güclü şahmatçıları, idmançıları, bəstəkarları və 12 yaşında evli qızlar çıxır. Elə bil otaqda böyük fil var, amma biz onu görmək istəmirik.
Ola bilsin ki, biz onu görürük, yenə də heç nə etmək istəmirik. Fildi də. Adətdir. Başa düşürəm ki, bu cür problem bir günə həll olunmur, amma 100 ilə həll olunmasını da istəmirəm. Ona görə hər bir vətəndaş bu problemlə rastlaşanda müvafiq orqanlara zəng etməlidir istər müəllimi, ginekoloqu, qonşusu, polisi, jurnalisti, şairi, aparıcısı, eşşəyimin qurd dayısı, kim olur olsun. Mənim əlimdən film gəlir, ona görə də “Səriyyə” adlı filmə başlayıram”.
Əlixan qeyd edib ki, yeni layihəsi üçün Mədəniyyət Nazirliyinə müracət etsə də, müsbət cavab ala bilməyib:
“Nazirlikdən dəstək istədim. Almadım. Sağ olsun, özəl sektor. Oktyabr ayında “Səriyyə” ekranıza gələcək”.