“Apple Music” musiqi xidməti Rusiyada 2021-ci ilin ən populyar mahnısını açıqlayıb.
OLAY yazır ki, bu barədə platformanın mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, bu il Rusiyta hit-paradlarında pop musiqisi üstünlük təşkil edir və ən məşhur mahnı əslən azərbaycanlı olan HammAli & Navai-nin (Aleksandr Əliyev və Nəvai Bəkirov) “Ptiçka”dır.
İlk beşlikdə isə “Snova ya napivayus” (Slava Marlow), “Venera-Yupiter” (Vanya Dmitriyenko), “Siyay” (Ramil) və “Astronaut In The Ocean” (Masked Wolf) yer alıb.