Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “Səs - Uşaqlar” vokal şousunun 11-ci mövsümünün münsifi olacaq.
OLAY yazır ki, bu haqda sözügedən layihəni ərsəyə gətirən və yayımlayan Rusiyanın “Birinci kanal” televiziyası məlumat yayıb.
Azərbaycanlı müğənni ilə bərabər sözügedən mahnı müsabiqəsinin münsiflər heyyətində rus estrada ulduzları Dima Bilan və Yulianna Karaulova da yer alacaq.
Coni etiraf edib ki, gənclik illərində həmişə “Səs” yarışmasına baxıb, tələbəlik illərində isə dostları ilə birlikdə təhsil aldığı universitetdə “Səs” yarışmasını keçiriblər.
Sənətçi müsabiqədə yer almasını belə şərh edib:
“Mən bu böyük ailənin, həmişə ilham aldığım əfsanəvi şounun bir hissəsi olduğum üçün inanılmaz sevinc və xoşbəxtlik hiss edirəm”.
“Səs - Uşaqlar” layihəsinin yeni mövsümündə aparıcıları Yana Çurikova və bloger, ifaçı Valya Karnaval olacaq.