Olay
Olay

Röya “Spotify” rekordunu təzələdi

Röya “Spotify” rekordunu təzələdi

Xalq artisti Röya Ayxan daha bir uğura imza atıb. 

OLAY yazır ki, məşhur müğənni Spotify-da Azərbaycan üzrə aylıq ən çox dinləyicisi olan ifaçıdır. Estrada ulduzunun həftələr öncə aylıq dinləyici sayı 100 min idisə, artıq bu rəqəm 230 mini ötüb. Beləliklə, R.Ayxan öz rekordunu yeniləyib.

Bundan başqa, pop kraliçanın “Həsrət nəğməsi” sinqlı Spotify-da 2,4 milyon dinləmə sayını ötüb.