Olay
Olay

“Səs yazılarını üzə çıxarmaq nədir, görəcək”

“Səs yazılarını üzə çıxarmaq nədir, görəcək”

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidova (Canana) Lalə Azərtaşın “Təsir dairəsi” verilişində qonaq qolub.

Ötən gün üç uşağının da qəyyumluğunu alan Canananın iddialarına cavab almaq üçün eks-həyat yoldaşı Kərim Həmidov efirə qoşulub.

OLAY yazır ki, Kərim məhkəmədə iştirak etmədiyini, əslində həmin iclasın əslində təxirə salınmalı olduğunu deyib:

“Bəzi məsələlər var ki, mən deyə bilmirəm. Bu məhkəmə təxirə salınmalı idi. Hətta uşaqlar da hazırlaşmışdılar ki, məhkəməyə gedəcəyik. Onlar da çox stress yaşadılar. Amma dindirilmədilər, danışa bilmədilər. Onu deyə bilərəm ki, mən ata kimi övladlarımın hər zaman arxasındayam. Zatən bu günə qədər uşaqlara mən baxmışam. Artıq bəzi məsələləri üzə çıxarmaq məcburiyyətində olacağam. O,  “müqəddəs ana” rolunu oynayır, mən reallığı deyəcəyəm. Ömrümün sonuna qədər övladlarımın arxasında dayanacağam. Fərqi yoxdur, analarının yanında, ya da mənim yanımda olsunlar. Heç olmasa apellyasiya düşünərdi ki, ataya da haqsızlıqdır. Üçü də anaya verildi. Ən azından böyük uşağı mənə verərdilər. Əlbəttə ki, Ali Məhkəməyə gedəcəyəm. Çünki uşaqlar dinlənilməlidir. İstəyirəm ki, uşaqlarım böyüyəndə onların yanında başım aşağı olmasın. Deyim ki, sona qədər arxanızda dayandım, deməsinlər ki, bizim arxamızca düşmədin”.

Kərimin sözlərinə görə, oğlan övladları bu qərara çox pis olublar:

“Ortancıl oğlum dedi ki, axı bu düzgün deyil. Ruhlan söylədi ki, oyun bitdi, bundan sonra bilirəm nə edəcəm. Onlara başa saldım ki, məsələ belədir, əgər istəyirsinizsə gedin. Ruhlan dedi, ata, sənin yanında qalmaq istəyirəm. Deyirlər, niyə bizi dinləmirlər, söylədim ki, 16 yaşınızdan sonra yəqin qulaq asarlar”.

Kərim ikinci dəfə evlənməsi ilə bağlı xəbərlərə də münasibət bildirib. O, deyib ki, hazırda da Canana ilə rəsmi nikahdadır:

“Bu necə ola bilər ki, başqası ilə evlənim? Bizim nikahımız pozulmayıb, apellyasiya məhkəməsinə verildiyi üçün bu proses uzandı. Ola bilər ki, ailə qurmağa hazırlaşa bilərəm. Hansı ki, mənim də, sənin də bu haqqın var. Lakin indi evli deyiləm. Anamla birlikdə yaşayıram. İnşallah bizim ev təmirdən çıxacaq, orada balarımla birgə yaşamağa üstünlük verirəm. Canana o evə gəlməyəcək, çünki biz ayrılmışıq. Uşaqlar nə vaxt istəyərsə, gəlib görər. O vaxt dedim ki, belə etmə, ikimiz də uşaqları böyüdək. Mən atasızlığı görmüşəm, uşaqlarım bunu yaşamasın. Canana deyir ki, onda mənim səs yazılarım var. İndi səs yazılarını üzə çıxarmaq nədir, görəcək. İki ildir səbr etdim, bir kişi kimi “stoyka”mı qorudum. Məcburam ki, nəyisə ortağıla qoyum. Bu insanın niyə belə etdiyini açıqlayım”.