Olay
Olay

Türk serialları “Netflix”in ilk onluğunda!

Türk serialları “Netflix”in ilk onluğunda!

“Netflix” 5-11 avqust tarixləri üçün məlumatlarını açıqlayıb və iki türk serialının eyni anda “Top 10” siyahısına daxil olduğunu bildirib.

OLAY yazır ki, Netflix-in İngilis dili olmayan seriallar siyahısında həm “Şahmaran”, həm də “Zeytin ağacı” ikinci mövsümləri ilə yer alıblar.

Ötən cümə axşamı günü 2-ci mövsümü yayımlanan “Şahmaran” ilk 4 günlük performansı ilə siyahıya 5-ci sıradan daxil olub. Serial 5 milyon 600 min saat izlənmə və 1 milyon 200 min baxışa çatmaqla yanaşı, indiyədək 15 ölkədə “Top 10” siyahısına daxil olub.

11 iyulda ekranlara qayıdan “Zeytin Ağacı”, ilk 25 gün ərzində 62 milyon 300 min saat izlənmə ilə 8 milyon 500 min baxışa çatmışdı. 6 milyon 800 min saat izlənmə və 900 min baxışla 5-ci həftəsində də siyahıya daxil olaraq 10-cu yeri tutub. Bununla da ümumi izlənmə sayı demək olar ki, 70 milyon saata çataraq 69 milyon 100 minə, baxış sayı isə 7 milyon 700 minı yüksəlib. İkinci mövsüm indiyədək 52 ölkədə “Top 10” siyahısına daxil olub.

“Şahmaran” serialının ilk mövsümü 53 ölkədə “Top 10” siyahısına girərək üç həftə ərzində Netflix-in İngilis dili olmayan seriallar siyahısında öz yerini tapmışdı. “Zeytin ağacı”isə ilk mövsümündə 6 həftə ərzində “Top 10” siyahısına daxil olmaqla kifayətlənməyib, həm də izlənmə sayı 100 milyon saatı keçib və indiyədək 49 ölkədə “Top 10” siyahısında yer alıb. Bundan əlavə, 2-ci mövsüm ilə birlikdə ilk mövsümə olan maraq artıb və ilk mövsüm 21 iyul həftəsində 7-ci dəfə siyahıya daxil olaraq diqqət çəkib.