“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva bu il də istirahət üçün Bodruma yollanıb.
Övladları ilə birgə dincələn iş xanımının instaqram paylaşımları maraqla qarşılanıb. Xüsusilə də R. Əliyevanın Bodrum üçün seçdiyi geyimlər diqqət çəkib. İş xanımı daha çox yay ab-havasına uyğun rənglərdə “look”lar yaradıb.
R. Əliyeva bəzən göz rənginə uyğun mavilərdən, bəzən Bodrumun təbiəti ilə birləşən yaşıllardan, bəzən narıncı tonlarından istifadə edib.
“Geyim qadının imzasıdır” deyən Əliyeva əksər hallarda bej kombinasiyalara üstünlük verib. Xüsuilə də onun dəst geyimləri izləyiciləri tərəfindən bəyənilib.
İş xanımın tərzinin vaz keçilməzi olan şlyapalar onu Bodrumda da tək qoymayıb. R. Əliyeva libaslarına uyğun olaraq bej, ağ və ya bordo rəng şlyapalar taxıb.
Gündəlik tərzində rəngarəngliyi seçən Əliyeva övladlarının ad günü partisində qara, şıq libasla dəyişiklik edib.
OLAY R. Əliyevanın Bodrum “look”larını təqdim edir: