Olay
Olay

Münasibətinizi canlandırmaq üçün 5 yol!

Münasibətinizi canlandırmaq üçün 5 yol!

Sevgiliniz, ya da həyat yoldaşınızla münasibətiniz sizi əvvəlki kimi həyəcanlandırmaya, yaxud bezdirə bilər. Bu problemin aradan qalxması üçün bir neçə məsləhətimiz var. 

OLAY sizə eşqinizi yenidən alovlandıracaq 5 tövsiyəni təqdim edir. 

“Flört” edin.

Türklərin münasibətin lap əvvəlki dövrünü adlandırmaq üçün istifadə etdiyi yaxşı bir söz var: “Flört”. Bu dövrdə sevgililər bir-birilərini yeni-yeni tanıdıqları üçün daha həyəcanlı olurlar. Tək sözlə deyil, həm də mimika və jestlərlə duyğularını ifadə edirlər. Yəni, əgər həyəcanınız ölübsə, onu canlandırmaq üçün cəhd göstərin. Özünüzü hələ partnyorunuzla yeni tanış olmuş kimi hiss etməyə çalışın.

Fərqli təcrübələr qazanın

Partnyorunuzla daha çox nələr etdiyinizi, haralara getdiyinizi və kimlərlə vaxt keçirdiyinizi düşünün. Bütün bunlar son dövrdə monotonlaşıbsa, fərqlilik etməyə çalışın. Məsələn, davamlı olaraq eyni restorana gedirsinizsə, yeni məkanlar kəşf edin. Tez-tez görüşdüyünüz dostlarınızdan bir az uzaqlaşın. Yaxud da birlikdə heç görmədiyiniz ölkəyə tətilə gedin. Heç nəyə gücünüz çatmırsa, hər gün gedib-gəldiyiniz yolu da dəyişə bilərsiniz. Başqa küçələrdən keçmək belə sizə faydalı olacaq.

Ayrı-ayrı vaxt keçirin

Münasibətinizi canlandırmaq üçün bir az uzaqlaşa bilərsiniz. Əgər hər gün, hər an bir yerdəsinizsə, bunun sizi bezdirməsi normaldır. Evlisinizsə, ikinizdən biri qısa müddətlik səyahətə çıxsın, valideynlərinə qonaq getsin... Çünki qısa müddətli ayrılıq zamanı partnyorunuz üçün darıxacaq, onunla keçirdiyiniz vaxtların qədrini biləcəksiniz... 

Səyahət edin

Uzun müddətdir planlaşdırıb, lakin gedə bilmədiyiniz tətilə yollanmağın vaxtıdır. Münasibətinizdə həyəcan axtarırsınızsa, plan qurun, çemodanınızı yığın. Hande Yener demiş, gedəcəyiniz tək yer hava limanı olsun... Amma hələ də aranızdakı sıxıntı davam edirsə, problemi şəhərlərdə yox, özünüzdə axtarın.

Ona sürprizlər hazırlayın

Dinamik və həyəcanlı münasibət istəyirsinisə, partnyorunuza sürprizlər etməkdən qaçmayın. Onu həyəcanlandıran və xoşbəxt edən gözlənilməz planlar qurun.