Olay
Olay

Elnarədən Laləyə ağır sözlər - Üçlü qalmaqal!

Elnarədən Laləyə ağır sözlər - Üçlü qalmaqal!

Azərbaycan şou-biznesində növbəti qalmaqalın təməli qoyulub. Belə ki, Əməkdar artist Lalə Məmmədova, müğənni Elnarə Xəlilova və stilist Elnur Həsənov arasında gərginlik yaranıb. 

OLAY yazır ki, buna səbəb Elnurun “Deməsəm olmaz” verilişində Elnarəni zövqsüz adlandırması olub. Bundan sonra Xəlilova Elnura instaqramda şeirlə cavab verib. O, ad çəkmədən Həsənova bir işlə məşğul olmasını, sadəcə makiyaj etməsini təklif edib:

“Məncə, sən bir iş görsən olar.

Ya vizaj et, ya da kolor.

Geyim sənlik deyil, inan.

Pornoqrafik, ürəkbulandıran

Sonuncu obrazlarının

TRT-dən sorağı gəlir”.

Xəlilovanın Elnurun sonuncu obrazlarını ələ salması ilə oxların Əməkdar artist Lalə Məmmədovaya atıldığı düşünülüb. Belə ki, Əməkdar artist fotosessiyaları ilə tez-tez gündəmə gəlib və bir neçə gün bundan əvvəl TRT-də qonaq olub. 

Məməmmədova isə instaqramda həm Həsənova dəstək olub, həm də ona ünvanlandığı düşünülən bir neçə misraya cavab verib:

“Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar”.