Olay
Olay

Ramil Nabrana qarşı dələduzluq!

Ramil Nabrana qarşı dələduzluq!

Tanınmış repçi Ramil Nabrana qarşı dələduzluq olunub.

OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində məlumat verib. R. Nabran deyib ki, sözügedən hallar sosial şəbəkələrdə yaşanır:

“Bir telefon mağazasına mənim adımdan kimsə zəng edir. Deyir, Ramil Nabranın qohumuyam, ona hədiyyə almaq istəyirəm, özünün xəbəri olmasın. Sonra deyirlər ki, kartınıza pul köçürdəcəyik. Telefonu alırlar, amma pul ödəmirlər.

Bundan sonra mənim menecerimə mağaza sahiblərindən zəng gəlir ki, Ramil Bakıdadır? Onda başa düşürəm ki, bu hal yenə təkrarlanıb. Bir neçə ayda 5-6 dəfə tərkarlanıb. Daxili İşlər Nazirliyinə müraciət edirəm ki, belə hallar nəzarətə götürülsün. Zərərçəkən şəxslər də polisə şikayət etsinlər”.